
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bütün strukturları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə 31 dekabr – 4 yanvar tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bayram günlərində sərnişin tələbatının artması nəzərə alınaraq rayonlararası istiqamətlər üzrə əlavə reyslər təşkil olunacaq.
Xüsusilə Qəbələyə səfərlərin daha komfortlu həyata keçirilməsi məqsədilə 31 dekabr – 4 yanvar tarixlərində Bakı–Qəbələ–Bakı xətti üzrə əlavə qatar reysləri müəyyən edilib. Bu marşrut üzrə qatar saat 07:30-da Bakıdan Qəbələyə, 19:00-da Qəbələdən Bakıya yola düşəcək.





