• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

26 fevral Xocalı Soyqırımı günüdür [xfvalue_red]

23 Şub, 23 - 14:30

26 fevral Xocalı Soyqırımı günüdür

1992-ci il ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri Xocalı şəhərində soyqırımı aktı törətdilər. Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Şəhəri tərk edən əhali pusquya salındı və Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda hərəkət edən zaman donvurma nəticəsində həlak oldular. Yalnız çox az sayda əhali Azərbaycanın nəzarətində olan Ağdam şəhərinə çata bildilər.

Soyqırım zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla – diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü.

Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, işğalın nəticəsində xarabalığa çevrilib. Ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib.

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Ümummilli lider Heydər Əliyev Xocalı soyqırmının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etdiyi kimi, “bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından hesab olunur”.

“Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” deyən ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib.

Xocalı soyqırımı ötən əsrin Holokost, Oradur, Lidisa, Xatın və Sonqmi, Srebrenitsa kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız soyqırımı kimi insanlıq tarixinə düşmüş bu qanlı olaylarla müqayisə oluna bilər. XX əsrin faciəsi olan Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir.

Xocalı soyqırımı amansız beynəlxalq cinayətdir. Bu səbəbdən xalqımıza qarşı yönəldilmiş bu cinayət hadisəsinin dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır. Bu vaxtadək, Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. Xocalı soyqırımı bu günə qədər ABŞ-ın 30-dan çox ştatının parlamentləri və qubernator proklamasiyaları səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir.

Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya Ədalət” kampaniyası əvəzolunmaz əhəmiyyətə malikdir. Leyla xanım Əliyeva demişdir: “Xocalıya ədalət” kampaniyası bütün dünyada insanları müharibəyə, ədalətsizliyə qarşı çıxmağa səsləyir. Birgə belə təşəbbüslər irəli sürməklə dünyamızı daha ədalətli və sülh şəraitində yaşada bilərik”. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 100 minlərlə şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələr, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir. Ermənilərin Xocalı soyqırımı ilə əlaqədar cinayətkar əməllərinin ifşa olunmasında müstəsna rola malik olan Justice for Khojaly informasiya portalı təbliğat və maarifləndirmə işlərində geniş istifadə oluna bilər.

Xocalı faciəsi baş verən zaman hadisə yerində olmuş xarici jurnalistlər erməni vəhşilikləri haqqında yazdılar dərc etdirmişlər.

Krua l’Eveneman jurnalı (Paris), 25 fevral 1992-ci il: “Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu.”

Sandi Tayms qəzeti (London), 1 mart 1992-ci il: “Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər.”

Faynenşl Tayms qəzeti (London), 9 mart 1992-ci il: “Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar.”

Xocalı faciəsindən sonra o dəhşətli hadisələri lenta alan Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir.

Tayms qəzeti (London), 4 mart 1992-ci il: “Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır.”

İzvestiya (Moskva), 4 mart 1992-ci il: “Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür.”

Le Mond qəzeti (Paris), 14 mart 1992-ci il: “Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır.”

R.Patrik, İngiltərənin “Fant men nyus” teleşirkətinin jurnalisti: “Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.” və s.

Xocalı faciəsi təsadüfi hadisə deyil. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi” – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sözləri dünya ictimaiyyətinin diqqətini erməni vandalizminə cəlb etməsi siyasətinin əsasını təşkil edir;

Xocalıda qətlə yetirilənlərin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayır. Ulu öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir. Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir.

Ermənistanın sabiq prezidenti cəllad Serj Sarkisyan Karneqi analitik agentliyinin əməkdaşı Tomas de Vaala verdiyi müsahibəsində qeyd edib: “Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat etmək olar. Onlara elə gəlirdi ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi qırmalı idik. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.

Şərifzadə Suella Adil q
Səbail rayon qeydiyyat şöbəsinin rəisi

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Xocalı soyqırımına aparan yol... - Bağanis Ayrım qətliamı
backend
Ermənilərin Qaradağlı kəndində törətdiyi qətliamdan 31 il ötür
backend
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan iki il ötür
backend
Suqovuşanın işğaldan azad edilməsindən 2 il ötür
backend
Azərbaycan Ordusunun mövqeləri ATƏŞƏ TUTULDU
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 244

XƏBƏR LENTİ

Sabirabadda 19 yaşlı qadın ölü uşaq dünyaya gətirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5715 Eyl
Gədəbəydə 62 yaşlı kişinin güllələnmiş meyiti tapıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5515 Eyl
İlham Əliyev bir sıra nümayəndə heyətlərini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5115 Eyl
Bakıda “Süleyman camaatı” ilə bağlı məhkəmə: yataqxanalarda dini dərslər keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4615 Eyl
Qardaşını öldürən Xasay Quliyevə hökm oxundu – 17 il 6 ay həbs [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4415 Eyl
İlham Əliyevə verilən 500 min dollarlıq mükafat Qarabağ Dirçəliş Fonduna köçürüləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4215 Eyl
Bakıda motosiklet qəzasında ana və oğlu öldü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:5314 Eyl
İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul edib – SƏNƏDLƏR İMZALANDI [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:5114 Eyl
Maliyyə nazirinin yeni müşaviri təyin edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:4714 Eyl
Bərdədə doğuş xəstəxananın həyətində baş verdi – körpə avtomobildə dünyaya gəldi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:4514 Eyl
İlham Əliyev “SABAH. city” innovasiya şəhərciyinin açılışında iştirak edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3414 Eyl
Məktəblər açılır: BDYPİ-dən sürücülərə və valideynlərə XƏBƏRDARLIQ [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3314 Eyl
2027-ci ildən fermerlərə böyük dəstək: Yeni subsidiya məbləğləri açıqlanır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0414 Eyl
İranda ABŞ hücumlarına qarşı minlərlə könüllüdən ibarət batalyonlar yaradılacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0014 Eyl
Bərdədə 2 yaşlı uşaq hovuzda boğularaq öldü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5814 Eyl
Trampdan Zelenskiyə çağırış: “Rusiyada dizel yanacağına zərbə vurmayın” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5314 Eyl
Azərbaycanda çoxuşaqlı ailə meyarı dəyişə bilər: 3 uşaqlı ailələr də bu kateqoriyaya daxil ediləcək? [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:4713 Eyl
Xalq artisti Ofeliya Sənani yıxılaraq xəsarət alıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:4213 Eyl
Mingəçevirdə çoxmərtəbəli binada yanğın baş verdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:4013 Eyl
Si Cinpin: “Kim güclüdürsə, o da haqlıdır” məntiqi rədd edilməlidir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:2513 Eyl
Türkiyədə mikroavtobus yük maşını ilə toqquşdu: 21 nəfər yaralandı – FOTO [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:2313 Eyl
İsmayıllıda avtomobil yandı: ölən və yaralananın adı məlum oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:3513 Eyl
Səudiyyə aviasiyası Yəmənə 129 zərbə endirib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:3113 Eyl
Rəşid Məmmədəliyev Macarıstan Böyük Dəbilqəsinin qalibi oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2813 Eyl
Yaponiyada atletika çempionatında kütləvi qida zəhərlənməsi: 28 nəfər xəstəxanaya yerləşdirildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:1713 Eyl
Ağstafada həyat yoldaşını boğaraq öldürməyə cəhd edən şəxsin hökmü açıqlandı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:0913 Eyl
Ayı hücumundan xilas etmək istəyərkən oğlunu güllələdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:0712 Eyl
Bakıda qaydaları davamlı pozan motosiklet sürücüsü həbs edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:0112 Eyl
“Qalatasaray”da böyük dəyişiklik: 3 ulduz futbolçu göndərilə bilər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:5712 Eyl
Qayıq çevrildi, iki qohumu öldü: 15 yaşlı yeniyetmə 3 gün dənizdə qaldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:3512 Eyl
Azərbaycanda nadir tibbi hadisə: Döl qaraciyərdə inkişaf edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:3212 Eyl
Bakıda “Mercedes”in vurduğu piyada xəstəxanada öldü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2512 Eyl
Krımda 45 yaşlı azərbaycanlı dron hücumunda həlak oldu - FOTO [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0312 Eyl
Şuşada Meksika ənənəsi: Hikmət Hacıyev yeni diplomatik təşəbbüsdən danışdı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0912 Eyl
Prezident 2027–2029-cu illər üzrə Milli Fəaliyyət Planını təsdiqlədi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0012 Eyl
Şəkidə çaqqal hücumu: Dörd nəfər xəsarət alıb – FOTO [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5412 Eyl
Hikmət Hacıyev: Azərbaycan davamlı sülh üçün səylərini davam etdirəcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5211 Eyl
Hacıqabul sakini elektrik cərəyanından ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4911 Eyl
Pakistanın Baş naziri oktyabrda Azərbaycana səfər edəcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4311 Eyl
Kənd təsərrüfatı nazirinə yeni müşavir təyin olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:3811 Eyl
Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:3411 Eyl
Ağdərədə mina partlayıb: 21 yaşlı gənc xəsarət alıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1111 Eyl
İmişlidə 31 yaşlı şəxslə azyaşlı qızın toy mərasiminin qarşısı alındı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0111 Eyl
Azərbaycanlı bacı-qardaş Rusiyada dəhşətli qəzada həlak oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5511 Eyl
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə