
Azərbaycan üzərindən Şərq-Qərb marşrutu ilə daşınan yüklərin həcmi 90 faiz artıb.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov estoniyalı Marqus Tsaxna ilə birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, nəqliyyat-kommunikasiya sahəsi Avropa İttifaqı-Azərbaycan münasibətlərində hər zaman ən vacib mövzu olub:
"Rusiya-Ukrayna müharibəsindən sonra bu məsələ daha da aktuallaşıb. Həmçinin TRİPP marşrutu reallaşarsa, 15 milyon ton yükün daşınması reallaşa bilər. Bu, Asiya ölkələri üçün də çox böyük imkanlar vəd edir".