
Bu dəqiqələrdə Bakıda, Gülüstan sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edir və çıxış edir.
Qeyd edək ki, “Xızı–Abşeron” Külək Elektrik Stansiyası ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsi, bərpa olunan enerji mənbələrinin payının artırılması və ekoloji cəhətdən təmiz enerji istehsalının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Açılış mərasimi çərçivəsində layihənin perspektivləri, eləcə də Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında enerji sahəsində əməkdaşlığın inkişafı ilə bağlı məsələlər diqqətə çatdırılır.
QanunTV.az





