
İranın şah sülaləsinin varisi, şahzadə Rza Pəhləvi ölkəyə qayıtmağa hazır olduğunu açıqlayıb. O bildirib ki, ilk fürsətdə İrana dönməyi planlaşdırır.
Pəhləvi bu açıqlamanı "Fox News" telekanalının efirində verib və əlavə edib ki, onun İrana son səfəri 1978-ci ildə baş tutub.





