
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi rəisinin birinci müavini, polkovnik-leytenant Əsmər Salamova Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin tabeliyində olan Hərbi İdarəetmə İnstitutunda təşkil edilən “Strateji araşdırmalar və dövlət müdafiəsi idarəetmə akademik kursu”nda (SADMİAK) iştirak edib.
Akademik kursun məqsədi dövlət müdafiəsi və təhlükəsizlik sahəsində strateji yanaşmaların öyrənilməsi, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də müasir təhdidlər fonunda qərar qəbuletmə bacarıqlarının artırılmasından ibarətdir.
Kurs çərçivəsində iştirakçılara strateji planlaşdırma, böhranların idarə olunması və milli təhlükəsizlik sahəsində aktual mövzular üzrə nəzəri və praktiki biliklər təqdim olunub.






