
Azərbaycan Respublikasında ekologiya və təbii sərvətlər naziri vəzifəsinə yeni təyinat olub.
Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb. Sərəncama əsasən, Rəşad Sahil oğlu İsmayılov Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilib.
Qeyd edək ki, yeni nazirin qarşısında ölkənin ekoloji təhlükəsizliyinin təmin olunması, təbii sərvətlərin səmərəli istifadəsi və ətraf mühitin mühafizəsi istiqamətində mühüm vəzifələr dayanır.





