
Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata əsasən, müşavirədə ölkədə rəqəmsallaşma proseslərinin daha da sürətləndirilməsi, dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqi və vahid rəqəmsal idarəetmə modelinin formalaşdırılması istiqamətində görüləcək işlər müzakirə olunub.
Qeyd olunub ki, rəqəmsal transformasiya Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının əsas prioritet istiqamətlərindən biridir. Bu məqsədlə dövlət xidmətlərinin optimallaşdırılması, məlumat sistemlərinin inteqrasiyası və innovativ texnoloji həllərin tətbiqi xüsusi əhəmiyyət daşıyır.
Müşavirə çərçivəsində vahid fəaliyyət planı üzrə qarşıda duran vəzifələr, icra mexanizmləri və aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsi məsələlərinə baxılıb.





