
İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Antonio Tayani Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ilə telefon danışığı zamanı İran tərəfindən Naxçıvan Muxtar Respublikasına yönəldilmiş dron hücumlarından narahatlığını bildirib.
Tərəflər danışıq zamanı regionda təhlükəsizlik vəziyyətini müzakirə edib. Tayani İtaliyanın bu cür insidentlərdən dərin narahatlıq keçirdiyini və regional sabitliyin bərpasının vacibliyini vurğulayıb.
İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi də rəsmi bəyanatla İranın dron hücumlarını pisləyərək Azərbaycanla həmrəyliyini ifadə edib.
Birləşmiş Ərəb Əmirlikləri, Monteneqro və BMT də oxşar narahatlıq bəyanatları verərək, regional sabitliyin qorunmasının vacibliyini diqqətə çatdırıblar.





