
2026-cı ilin may ayında ibtidai sinif şagirdləri üçün 1–5 may tarixləri tətil günləri kimi müəyyən edilib.
Bundan əlavə, 9 may – Faşizm Üzərində Qələbə Günü, 26–27 may – Qurban Bayramı, 28 may isə – Müstəqillik Günü münasibətilə dərslər olmayacaq.
Beləliklə, may ayında şagirdlər üçün ümumi istirahət müddəti 17 gün təşkil edir və bu müddət həm bayram günlərini, həm də ayın rəsmi istirahət günlərini əhatə edir.





