
Türkiyə İrana qarşı mümkün hərbi əməliyyatlarda kürd silahlı qruplaşmalarından istifadə ediləcəyi təqdirdə ciddi hərbi tədbirlər görəcəyi ilə bağlı xəbərdarlıq edib.
Qanuntv.az-ın “Türkiye” qəzetinə istinadən yaydığı məlumata görə, rəsmi Ankara belə bir ssenarinin regionda təhlükəsizliyi ciddi şəkildə təhdid edəcəyini bildirir. Türkiyə bu cür addımları öz milli təhlükəsizliyinə birbaşa risk kimi qiymətləndirir və adekvat cavab vermək hüququnu saxladığını vurğulayır.
Məlumatda qeyd olunur ki, İsrailin “Mossad” kəşfiyyat xidməti vasitəsilə PKK və PJAK kimi kürd silahlı qruplaşmalarını İrana qarşı quru əməliyyatlarına cəlb etmək cəhdləri olduğu iddia edilir.
Rəsmi tərəflərdən məsələ ilə bağlı hələlik açıqlama verilməyib. Ekspertlər isə bildirirlər ki, belə bir inkişaf Yaxın Şərqdə onsuz da gərgin olan geosiyasi vəziyyəti daha da kəskinləşdirə bilər.





