
Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunun açılış mərasimində çıxışı zamanı Azərbaycan və Ermənistan arasındakı normallaşma prosesinə dair açıqlama verib.
Qanuntv.az xəbər verir ki, Türkiyə Prezidenti bildirib ki, Azərbaycanla koordinasiyalı şəkildə Ermənistanla münasibətlərin normallaşdırılması addım-addım davam etdirilir.
Ərdoğan vurğulayıb ki, bölgədə sabitliyin təmin olunması və qonşu dövlətlərlə münasibətlərin yaxşılaşdırılması Türkiyənin xarici siyasətinin əsas istiqamətlərindən biridir. Onun sözlərinə görə, regional əməkdaşlıq və dialoq sülhün möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.





