
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Tailand Krallığının paytaxtı Banqkoka işgüzar səfərə yola düşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına əsasən, səfər çərçivəsində nazir aprelin 20-də Azərbaycanın sədrliyi ilə keçiriləcək BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyasında iştirak edəcək və çıxış edəcək.
Bildirilib ki, səfər zamanı Ceyhun Bayramovun həmçinin bir sıra yüksəksəviyyəli rəsmi şəxslərlə görüşləri də nəzərdə tutulur.
Görüşlərdə regional əməkdaşlıq, iqtisadi və sosial inkişaf məsələlərinin müzakirə olunacağı gözlənilir.





