
Əli Əsədov Regional Ekoloji Sammitdə iştirak etmək üçün Astana şəhərinə işgüzar səfərə yola düşüb.
Məlumatı Azərbaycan Respublikasının Nazirlər Kabineti yayıb.
Bildirilib ki, Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda Baş naziri Roman Sklyar və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində ekoloji məsələlər, regional əməkdaşlıq və dayanıqlı inkişaf istiqamətləri üzrə müzakirələrin aparılması gözlənilir.





