
Azərbaycan Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edir.
Dövlət başçısı çıxışında regional əməkdaşlıq, enerji təhlükəsizliyi və Avropa ilə münasibətlərin inkişafı məsələlərinə toxunur. Prezident Azərbaycanın beynəlxalq təşəbbüslərdə fəal iştirak etdiyini vurğulayaraq, ölkənin regionda sabitlik və təhlükəsizliyə verdiyi töhfələrdən bəhs edir.
Qeyd edək ki, bu platforma Avropa ölkələri arasında siyasi dialoqun gücləndirilməsi və aktual məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır.





