
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkə hesabında Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun (WUF13) bağlanışı ilə bağlı “Euronews”un hazırladığı materialı paylaşıb.
Qanuntv.az xəbər verir ki, o, bu barədə paylaşımı “X” (keçmiş Twitter) sosial şəbəkəsində edib.
Paylaşılan materialda Bakıda keçirilən Dünya Şəhərsalma Forumu (WUF13)-ün yekunları, forum çərçivəsində müzakirə olunan əsas mövzular və şəhərsalma sahəsində qlobal əməkdaşlıq istiqamətləri barədə məlumat verilir.
Qeyd edək ki, WUF13 dünya miqyasında şəhərsalma və dayanıqlı inkişaf məsələlərinin müzakirə olunduğu mühüm beynəlxalq platformalardan biridir.





