
Azərbaycan Prezidenti İlham Əliyev 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.
Qanuntv.az xəbər verir ki, dövlət başçısının paylaşımında deyilir:
"Əziz övladlar! 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hər birinizi təbrik edir, hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram".
Qeyd edək ki, hər il 1 İyun dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur və bu gün uşaqların hüquqlarının qorunmasına, onların rifahının yaxşılaşdırılmasına diqqətin artırılmasına xidmət edir.





