
İslam İnkişaf Bankı (İsDB) Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir "Dostluq" ordeni ilə təltif edilib.
Qanuntv.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.
Sərəncama əsasən, Məhəmməd Süleyman Əl-Casir Azərbaycan ilə İslam İnkişaf Bankı arasında əməkdaşlığın inkişafına verdiyi mühüm töhfələrə görə "Dostluq" ordeninə layiq görülüb.
Qeyd edək ki, İslam İnkişaf Bankı uzun illərdir Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq edir və ölkədə bir sıra layihələrin həyata keçirilməsinə dəstək göstərir.





