
Yol-nəqliyyat hadisəsində bir nəfərin ölümü və digərinin xəsarət alması ilə bağlı təqsirləndirilən "Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyeva barəsində çıxarılan hökmdən apellyasiya şikayəti verib.
Qanuntv.az xəbər verir ki, bu barədə təqsirləndirilən şəxsin vəkili Hikmət Əliyev məlumat verib.
Vəkilin sözlərinə görə, İlduzə Hacıyeva Xəzər Rayon Məhkəməsinin çıxardığı qərardan narazı qaldığı üçün apellyasiya instansiyasına müraciət edib.
Qeyd edək ki, Xəzər Rayon Məhkəməsinin hökmü ilə tiktoker 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı isə onun 5 il 9 ay müddətinə azadlıqdan məhrum olunmasını istəyib.
Xatırladaq ki, hadisə 2025-ci ilin iyun ayında paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər həyatını itirib, daha bir nəfər isə ağır xəsarət alıb.
İlduzə Hacıyevaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması nəticəsində insan ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham irəli sürülüb.





