
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində yeni kadr təyinatı həyata keçirilib.
Məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, Fuad Nəbiyev Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktor müavini vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Fuad Nəbiyev bu təyinata qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri vəzifəsində çalışıb.
Yeni təyinatın səhiyyə sahəsində idarəetmənin daha da təkmilləşdirilməsinə və təcili tibbi yardım xidmətlərinin fəaliyyətinin gücləndirilməsinə töhfə verəcəyi gözlənilir.




