
İyulun 4-12-də Kolumbiyanın Bukaramanqa şəhərində keçirilən 56-cı Beynəlxalq Fizika Olimpiadasında (IPhO) Azərbaycan komandası uğurla çıxış edib.
Qanuntv.az xəbər verir ki, AZƏRTAC-ın məlumatına görə, 90-dan artıq ölkənin iştirak etdiyi nüfuzlu beynəlxalq elm yarışında Azərbaycanı müxtəlif ümumi təhsil müəssisələrindən beş şagird təmsil edib.
Azərbaycan komandası yarışda yüksək nəticə göstərərək üç gümüş və iki bürünc medal qazanıb. Bununla da məktəblilərimiz beynəlxalq arenada ölkəmizin elmi potensialını bir daha nümayiş etdiriblər.
Qeyd edək ki, Beynəlxalq Fizika Olimpiadası dünyanın ən nüfuzlu fənn yarışlarından biri hesab olunur və hər il müxtəlif ölkələrdən yüzlərlə istedadlı şagirdi bir araya gətirir.
Bundan əlavə, tədbir çərçivəsində 57-ci Beynəlxalq Fizika Olimpiadasının 2027-ci ildə Səudiyyə Ərəbistanında keçirilməsi barədə qərar qəbul olunub.





