
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun şəhid olmasının altıncı ildönümüdür.
Qanuntv.az xatırladır ki, Polad İsrayıl oğlu Həşimov 1975-ci il yanvarın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub.
O, uzun illər Azərbaycan Ordusunda şərəflə xidmət edib, müxtəlif vəzifələrdə çalışaraq peşəkarlığı, vətənpərvərliyi və şəxsi nümunəsi ilə hərbçilərin və xalqın böyük rəğbətini qazanıb. Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandir müavini - Qərargah rəisi vəzifəsində xidmət edib.
General-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi təxribatların qarşısının alınması zamanı ön cəbhədə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Onun şəhadəti Azərbaycan xalqında böyük kədər doğurmaqla yanaşı, xalqın milli birliyini və vətənpərvərlik ruhunu daha da gücləndirib. Polad Həşimovun qəhrəmanlığı gənc nəsillər üçün örnək olaraq qalır.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Polad Həşimova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
Əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!





