
Cəmiyyətin inkişafında yerli özünüidarəetmə orqanlarının rolu danılmazdır. İnsanların gündəlik problemlərinin həlli, sosial məsələlərin diqqətdə saxlanılması və yaşayış məntəqələrinin abadlaşdırılması məhz məsuliyyətli rəhbərlərin fəaliyyəti ilə daha da sürətlənir. Bu baxımdan Yeni Suraxanı Bələdiyyəsinin sədri Həqiqət Məmmədova öz fəaliyyəti ilə seçilən, vətəndaşların etimadını qazanan xanım rəhbərlərdən biri kimi diqqət çəkir.
Həqiqət Məmmədova rəhbərlik etdiyi dövr ərzində qəsəbənin inkişafı, sakinlərin sosial rifahının yüksəldilməsi və ictimai problemlərin həlli istiqamətində mühüm təşəbbüslərlə yadda qalıb. O, vətəndaş müraciətlərinə həssas yanaşması, insanların qayğı və problemlərinə biganə qalmaması ilə fərqlənir.
Xüsusilə şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə göstərilən diqqət və qayğı Həqiqət Məmmədovanın fəaliyyətinin əsas istiqamətlərindən biri hesab olunur. Dövlətçilik prinsiplərinə sadiqliyi, milli-mənəvi dəyərlərə verdiyi önəm və cəmiyyətlə daim sıx təmasda olması onun rəhbər kimi nüfuzunu daha da artırır.
Qanuntv.az olaraq qeyd etmək lazımdır ki, Yeni Suraxanı qəsəbəsinin sosial həyatında həyata keçirilən layihələr, abadlıq və quruculuq istiqamətində atılan addımlar, insanların rifahının yüksəldilməsi üçün görülən işlər Həqiqət Məmmədovanın məsuliyyətli və məqsədyönlü fəaliyyətinin göstəricisidir.
Bu gün qadınların dövlət və ictimai idarəçilikdə uğurlu fəaliyyəti cəmiyyətimiz üçün mühüm əhəmiyyət daşıyır. Həqiqət Məmmədova da öz fəaliyyəti ilə sübut edir ki, peşəkarlıq, insanlara sevgi və məsuliyyət hissi uğurlu rəhbərliyin əsas amillərindəndir.
İnanırıq ki, Yeni Suraxanı Bələdiyyəsinin sədri Həqiqət Məmmədova bundan sonra da qəsəbənin inkişafı, sakinlərin rifahı və sosial problemlərin həlli istiqamətində fəaliyyətini uğurla davam etdirəcək, həyata keçiriləcək yeni layihələrlə insanların rəğbətini qazanmağa davam edəcəkdir.





