
Səhiyyə Nazirliyi “Referans” klinikasının Əhmədli filialında plandankənar yoxlama keçirib. Teleqraf-ın məlumatına görə, yoxlama zamanı klinikada sertifikatsız “rentgenoloji” iş üzrə özəl praktik tibb fəaliyyəti aşkarlanıb.
Nazirlik İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin tələblərini pozan klinika barədə protokol tərtib edərək, baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərib.
Məhkəmənin qərarına əsasən, “Referans” klinikası 6 000 manat məbləğində cərimələnib.
Qeyd edək ki, “Referans Medical Group”un rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanova məxsus olduğu bildirilir.





