• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Rəşad Dağlı məhkəmədə ifadə verdi, qonşusunu öldürməsinin səbəbini açıqladı [xfvalue_red]

9 Haz, 23 - 18:53

Rəşad Dağlı məhkəmədə ifadə verdi, qonşusunu öldürməsinin səbəbini açıqladı


Tanışını öldürməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda Rəşad Dağlının bıçaq aldığı mağazanın satıcısı Xankişi Cəfərovun ifadəsi elan olunub. Qeyd olunub ki, Xankişi Cəfərov hazırda hərbi xidmətdədir, ona görə məhkəmədə iştirak edə bilmir.

Şahid istintaqa verdiyi ifadəsində deyib ki, Rəşad Dağlı ilə şəxsi tanışlığı olmayıb, yalnız sosial şəbəkələrdə görüb. Meyxanaçı hadisə baş verən gecə ilk dəfə mağazaya gəlib, bir ədəd bıçaq və iki qutu siqaret alıb: “Noyabrın 8-i gecə saat 4 radələri idi. Rəşad Dağlı mağazaya gəldi, bir bıçaq, iki qutu siqaret istədi. Bıçağı 45 manata satdım, 6 manat da siqaret pulu etdi. Mağazadan çıxandan sonra arxasınca getmədim, amma kameradan qara “Niva”ya mindiyini gördüm”.

Daha sonra bildirilib ki, məhkəmə şahid qismində tanınmış sonuncu şahidin prosesə çağırılmasına ehtiyac görməyib. Onun istintaqa verdiyi ifadəsi elan olunmuş hesab edilib.

İclasın davamında Rəşad Dağlı sərbəst ifadə verib.

Rəşad Dağlı qətlə yetirdiyi İsgəndər Mehdiyevlə qonşu olduğunu, əvvəllər ədavətləri olmadığını bildirib. Meyxanaçı İsgəndəri öldürmə səbəbinin təhdid olunması və onun şərəf və ləyaqətinə xələl gətirən sözlər işlətməsi ilə bağlı olduğunu deyib: “İsgəndərlə bu məsələ barədə ilk söhbətimiz telefonla olub. Mənə dedi ki, bir nəfər var, sənin barəndə şəxsiyyətinə sığışmayan şeylər bilir, gəl, bu məsələni həll edək. Dedi ki, həmin adamın 6 min manata ehtiyacı var, 3 minini tapıb, 3 min manatını da sən düzəlt ver bu söhbət bağlansın. Buna etiraz etdim, məni onunla görüşdürməyini istədim. Dedim ki, necə olur, pul verməsəm, dediyi nalayiq sözlər mənə aid olur, verəndə yox? Sonra dedi ki, guya bundan əvvəl də eyni cür hadisə olub, sonradan işi vaxtında həll etməyən adam özünü asıb. Nə isə, mübahisə etdik, dedi ki, gəl sizi görüşdürəcəm, amma dolu gəl. “Dolu” deyəndə yəni özünü müdafiə üçün nə isə götür. Bundan sonra mağazadan bıçaq aldım, İsgəndəri də götürüb hadisə baş verən yerə getdim. Ora çatanda məlum oldu ki, məni heç kimlə görüşdürməyəcək. Maşında mübahisə etdik. Dedi ki, bu söhbət bağlanmasa, dediyi adam bildiklərini gəlib toyda yayacaq.

Hadisənin əsas səbəbi isə İsgəndərin “bu işi görmüsənsə, əvəzini ödəməlisən” deməsi oldu. Bu sözü hansı mənada deməsi də məlumdur. Bu vaxt özümdən çıxdım, birinci o məni vurmaq istədi, lakin cəld tərpənib özümü müdafiə etmək üçün onu vurdum“.

Prokuror Rəşad Dağlıdan İsgəndər Mehdiyevi bıçaqladıqdan sonra təcili yardım çağırmamasının səbəbini soruşub. Meyxanaçı bunu İsgəndərin dərhal ölməsini fikirləşməsi ilə əlaqələndirib.

Məhkəmə tərkibinə daxil olan hakim Novruz Kərimov Rəşad Dağlıya sual verərək, ondan təhdid olunması barədə polisə məlumat verməməsinin səbəbini soruşub.

Meyxanaçı toy adamı olduğunu, ətrafında olanların belə şeyə yaxşı baxmadıqlarını deyib: “Yazılmayan qanunlar var. Bizdə belə şeyə yaxşı baxmırlar. Polisə adam satanı toya çağırmırlar”.

Proses iyulun 7-də davam etdiriləcək.

Xatırladaq ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir. Hadisəni törədən meyxanaçı könüllü olaraq polisə təslim olub.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci( qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham irəli sürülüb.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
“Dedi ki, onu öldürdüm, məni polisə təslim et” - Rəşad Dağlının qardaşı
backend
Məhkəmədə Rəşad Dağlıya yeni ittiham
backend
Rəşad Dağlı bu gün hakim qarşısına çıxarılacaq
backend
Rəşad Dağlının işinə bu hakim baxacaq
backend
Rəşad Dağlının öldürdüyü şəxs Ələkbər Yasamallının qohumudur
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 066

XƏBƏR LENTİ

Valideynlərdən 277 nömrəli körpələr evi–uşaq bağçasının müdiri Aygün Allahverdiyevaya təşəkkür və minnətdarlıq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4931 Tem
Günel Hacıyeva – uşaqların inkişafına və keyfiyyətli məktəbəqədər təhsilə töhfə verən rəhbər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4631 Tem
Çolpon-Atada Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:3431 Tem
Nizami Tibb Mərkəzinin mətbuat katibi vəzifəsindən ayrılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:3231 Tem
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1531 Tem
Qırğızıstanda Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2731 Tem
Ehtiyatda olan polkovnik Şahrəddin Balacanov vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1031 Tem
Prezident İlham Əliyevin Qırğızıstanda rəsmi qarşılanma mərasimindən fotolar [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0831 Tem
"Zirə" Konfrans Liqası ilə vidalaşdı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0531 Tem
Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gedib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2731 Tem
Lerikdə faciə: 59 yaşlı kişi eyvandan yıxılaraq həyatını itirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2331 Tem
Yevlaxda 16 yaşlı məktəbli faciəvi şəkildə həyatını itirdi – Atası: "Qızımın arzuları yarımçıq qaldı" [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:1131 Tem
Ermənistan hökuməti istefaya gedir – Paşinyan açıqladı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2430 Tem
Sura Mirac Abbassoy: “Gələcəkdə Azərbaycan bayrağı altında güləşəcəyəm” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2230 Tem
Azərbaycanın Avstriya və Sloveniyadakı səfiri geri çağırıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0330 Tem
Habil Əliyevin adı Ağdaş şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinə verildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5930 Tem
Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsindən azad edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4730 Tem
İlham Əliyev Dünya Güləş Birliyinin prezidenti ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4230 Tem
Türkiyə meşə yanğınları ilə mübarizə aparır: Antalya və Muğladan dəhşətli görüntülər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:1330 Tem
Şəmkir xəstəxanasında vətəndaşla ünsiyyət niyə problemə çevrilib? – Baş həkimin katibəsinin davranışı ilə bağlı ciddi narazılıq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3930 Tem
Bakıda və bölgələrdə güclü külək gözlənilir – XƏBƏRDARLIQ [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2630 Tem
Firudin Məmməd oğlu İbrahimov – səmərəli idarəetmə və peşəkar fəaliyyət prinsiplərinin təcəssümü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2730 Tem
Təhsilin inkişafında hazırlıq kurslarının rolu və Həsənova Gülnarənin rəhbərlik fəaliyyəti [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:4229 Tem
Sabunçuda boşanmaq istəyən qadının bıçaqlanması ilə bağlı yeni təfərrüatlar məlum olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5329 Tem
Araz çayında batmaq təhlükəsi ilə üzləşən gənc xilas edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4229 Tem
Hikmət Hacıyev Şuşa həbsxanası ilə bağlı reportajı paylaşıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:3729 Tem
Milli Qvardiyanın ilk komandanı Azər Babayev vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:3329 Tem
Bu ilin 700 bal toplayan yeganə abituriyenti məlum oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2729 Tem
Ceyhun Bayramov Almaniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0829 Tem
Sertifikasiya imtahanlarının apellyasiya nəticələri açıqlandı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5229 Tem
Şavkat Mirziyoyev Azərbaycanın yeni səfirinin etimadnaməsini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3229 Tem
İlham Əliyev "Aviasiya haqqında" qanuna dəyişiklikləri təsdiqlədi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1729 Tem
Livan-İsrail danışıqları ABŞ-İran münasibətlərinə təsir edə bilər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1329 Tem
Tağıyeva Jalə – Təhsilin inkişafına məsuliyyətlə xidmət edən rəhbər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0228 Tem
Təcili: İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4728 Tem
XİN-dən Mariya Zaxarovaya sərt cavab: "Reallıq təhrif olunur" [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:3628 Tem
Güclü külək Bakıda 48 ağacı aşırdı, qadın xəsarət aldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2528 Tem
Nəriman Həsənzadənin səhhəti yenidən ağırlaşdı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2228 Tem
U17 dünya çempionatı: Bu gün 5 Azərbaycan güləşçisi final uğrunda mübarizə aparacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5428 Tem
Çoxlarının bilmədiyi fakt: "Yamal" Lamin Yamalın soyadı deyil [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2628 Tem
Putin Rusiya Silahlı Qüvvələrinin yeni ştat sayını təsdiqlədi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1228 Tem
Qubada ağır qəza: 29 yaşlı sürücü hadisə yerində həyatını itirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0528 Tem
SOCAR qazma işlərini 32,3% artırdı – Yeni hasilat göstəriciləri açıqlandı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5828 Tem
DÇ-2026-nın final hakimi karyerasını başa vurdu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5128 Tem
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə