
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov ilin əvvəlində benzin və dizel yanacağının qiymətlərindəki artımın inflyasiyaya təsirini açıqlayıb. Onun sözlərinə görə, qiymət artımının birbaşa təsiri 0,31%, dolayı təsiri isə 0,33% olub.
Beləliklə, yanacaq qiymətlərinin yüksəlməsi illik inflyasiyanı ümumilikdə 0,64% artırıb.





