
Azərbaycan Respublikasının Çexiya Respublikasındakı Səfirliyi konsulluq xidmətlərinin göstərilməsində fasilə yaranacağı ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.
Qanuntv.az xəbər verir ki, səfirliyin yaydığı məlumata əsasən, texniki səbəblərlə əlaqədar konsulluq xidmətlərinin göstərilməsində müvəqqəti fasilə yaranacaq.
Bildirilib ki, vətəndaşlardan yaranmış vəziyyəti nəzərə almaları və konsulluq xidmətləri ilə bağlı müraciətlərini planlaşdırarkən bunu diqqətdə saxlamaları xahiş olunur.
Qeyd olunub ki, xidmətlərin bərpası ilə bağlı əlavə məlumat veriləcək.





