
Azərbaycan və Monqolustan prokurorluqları arasında hüquqi əməkdaşlığın möhkəmləndirilməsi və əlaqələrin daha da genişləndirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Qanuntv.az xəbər verir ki, Monqolustanın Baş prokuroru Jarqalsaikhan Banzragchnin rəhbərlik etdiyi nümayəndə heyəti Kamran Əliyevnin dəvəti ilə Azərbaycanda rəsmi səfərdədir.
Görüş zamanı tərəflər iki ölkə arasında siyasi rəhbərlik səviyyəsində mövcud olan dostluq münasibətlərinin hüquq-mühafizə orqanları arasında da uğurla inkişaf etdiyi vurğulanıb. Həmçinin prokurorluq orqanlarının fəaliyyətinin rəqəmsallaşdırılması və yeni hüquqi institutların tətbiqi istiqamətində görülən işlər barədə məlumat verilib.
Müzakirələrdə cinayətkarlığa qarşı mübarizə, ekstradisiya, hüquqi yardım və prokurorların təlimi kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunub.
Səfər çərçivəsində Jarqalsaikhan Banzragchna “Azərbaycan Prokurorluğunun 100 illiyi” yubiley medalı təqdim edilib.
Qonaqlar həmçinin Azərbaycan Prokurorluğunun Tarix muzeyi ilə tanış olublar.












