
“Urbisid, kultursid və ekosiddən əziyyət çəkən bir ölkə olaraq, Azərbaycan hazırda Qarabağ və Şərqi Zəngəzurda 9 şəhəri və yüzlərlə kəndi sıfırdan bərpa edir”.
“Qanuntv.az” xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin “X” sosial şəbəkəsində etdiyi paylaşımda yer alıb.
Dövlət başçısı bildirib ki, WUF13 çərçivəsində aparılan geniş və əhatəli müzakirələr iki mühüm nəticə sənədi — “Sədrin Xülasəsi” və “Bakı Fəaliyyət Çağırışı” ilə yekunlaşıb.
Prezident paylaşımında Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi yenidənqurma işlərinin beynəlxalq səviyyədə diqqətlə izlənildiyini vurğulayıb.
“Biz beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın münaqişədən sonrakı yenidənqurma səylərinin geniş şəkildə tanınması ilə fəxr edirik və bu, dünyanın digər münaqişədən sonrakı kontekstləri üçün dəyərli bir nümunə kimi vurğulanır”, – deyə paylaşımda qeyd olunub.
İlham Əliyev həmçinin Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin regionun gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.





