
Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Qanuntv.az xəbər verir ki, məktubda Aleksandar Vuçiç Azərbaycan xalqına rifah, tərəqqi və firavanlıq arzulayıb.
Serbiya Prezidenti iki ölkə arasında münasibətlərin qarşılıqlı etimad, həmrəylik və strateji tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdiyini vurğulayıb.
Aleksandar Vuçiç Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində Prezident İlham Əliyevlə görüşünü məmnunluqla xatırladığını qeyd edib. O, görüş zamanı enerji, infrastruktur, investisiya və iqtisadi əməkdaşlıq sahələrində əlaqələrin genişləndirilməsi istiqamətində aparılan müzakirələrin əhəmiyyətini vurğulayıb.
Məktubda həmçinin Serbiyanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşdığı qeyd olunub. Vuçiç Azərbaycanın da Serbiyanın suverenliyi və ərazi bütövlüyünə verdiyi prinsipial dəstəyə görə təşəkkürünü ifadə edib.
Sonda Serbiya Prezidenti İlham Əliyevə ən yüksək ehtiramını çatdırıb.





