
Əlahiddə Ümumqoşun Ordusunda növbəti kadr dəyişikliyi həyata keçirilib.
Qanuntv.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Telman Hüseynov Əlahiddə Ümumqoşun Ordu komandanı Kənan Seyidovun birinci müavini vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Telman Hüseynov bu təyinata qədər Əlahiddə Ümumqoşun Ordusunda komandan müavini vəzifəsində xidmət edib. Vətən müharibəsində göstərdiyi şücaət və peşəkarlığa görə "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adına layiq görülən polkovnik Azərbaycan Silahlı Qüvvələrinin təcrübəli zabitlərindən biri hesab olunur.
Məlumata görə, bu vəzifəni əvvəl icra edən general-mayor Etibar Məhərrəmov isə yaxın günlərdə Müdafiə Nazirliyinin baş idarələrindən birində müavin vəzifəsinə təyin edilib.
Yeni təyinatın Silahlı Qüvvələrdə idarəetmənin daha da təkmilləşdirilməsi, komandanlıq fəaliyyətinin gücləndirilməsi və hərbi idarəetmədə səmərəliliyin artırılması məqsədinə xidmət etdiyi bildirilir.





