
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Macarıstanın paytaxtı Budapeştdə yerləşən Etnoqrafiya Muzeyində təşkil olunan "Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə" adlı sərginin təqdimat mərasimində iştirak edib.
Qanuntv.az xəbər verir ki, sərgi Azərbaycan xalçaçılıq sənətinin zəngin tarixini, milli-mədəni irsini və müasir incəsənətlə vəhdətini nümayiş etdirir.
Tədbirdə Azərbaycanın qədim xalçaçılıq ənənələrini əks etdirən nadir eksponatlar, müxtəlif bölgələrə məxsus xalça nümunələri və dekorativ-tətbiqi sənət əsərləri ziyarətçilərə təqdim olunub.
Qeyd edək ki, bu cür beynəlxalq sərgilər Azərbaycanın zəngin mədəni irsinin dünyada tanıdılması, milli dəyərlərin təbliği və xalçaçılıq sənətinin beynəlxalq səviyyədə təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.











