• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Faşizm üzərində qələbədən 78 il ötür [xfvalue_red]

9 May, 23 - 09:11

Faşizm üzərində qələbədən 78 il ötür


Bu gün faşizm üzərində qələbənin 78 ili tamam olur.

1945-ci il mayın 8-dən 9-a keçən gecə alman feldmarşalı Vilhelm Keytel qeyd-şərtsiz təslim aktını imzalayıb, bununla da İkinci Dünya müharibəsində faşizm üzərində qələbə qazanılıb.

Qələbə Günü postsovet ölkələri və İkinci Dünya müharibəsində iştirak etmiş digər dövlətlərdə qeyd olunur.

İkinci Dünya müharibəsində faşizmə qarşı 600 mindən çox azərbaycanlı döyüşüb, onlardan 300 mini qələbə uğrunda canından keçib.

Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçib. 130 azərbaycanlı “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb, 30 nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov faşizm üzərində qələbəyə öz töhfələrini veriblər.

Böyük qələbəyə Azərbaycanın yanacaq təminatı ilə töhfəsi əvəzsiz olub. Müharibənin 1941-45-ci illərində Sovet İttifaqında istehsal olunan neftin 70 faizindən çoxu, benzinin 80 faizi və mühərrik yağlarının 90 faizi Azərbaycanın payına düşüb. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilib. Qələbə üçün çox zəruri olan müxtəlif silah növləri Azərbaycan müəssisələrində fasiləsiz rejimdə istehsal edilib.

Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılıb. Neftçilərimizin fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə edilib, 1941-ci ildə 23,5 milyon ton “qara qızıl” çıxarılıb. Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.

Qətiyyətlə söyləmək olar ki, Bakı nefti faşizm üzərində qələbənin əsas amillərindən biri olub. Təkcə onu demək kifayətdir ki, hər beş təyyarədən, tankdan, avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyib.


Azərbaycan xalqı arxa cəbhədə də misilsiz əmək hünərləri göstərib, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışıb. Xalqımız cəbhəyə yeddi tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib.

İkinci Dünya müharibəsinin veteranları xalqımızın fəxridirlər. Onların müharibə illərində göstərdikləri qəhrəmanlıq bu gün bütün cəmiyyət tərəfindən böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur.

Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü il aprelin 26-da “1941-45-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, İkinci Dünya müharibəsində Qələbənin 78-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçısı olmuş 57 nəfərin hər birinə 1 500 manat məbləğində birdəfəlik yardım ödəniləcək.

İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarından ibarət 3 672 nəfərin hər birinə isə 750 manat məbləğində birdəfəlik yardım veriləcək.

Beləliklə, sərəncam 3 729 şəxsi əhatə edəcək.

Birdəfəlik maddi yardımların verilməsi üçün Sərəncamla Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,9 milyon manat vəsait ayrılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik maddi yardımlar İkinci Dünya müharibəsi iştirakçılarının və digər müvafiq şəxslərin bank hesablarına köçürüləcək.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Birinci vitse-prezident Mehriban Əliyevadan Qələbə Günü təbriki - FOTO
backend
İlham Əliyev Faşizm üzərində Qələbə Günü ilə bağlı paylaşım edib - FOTO
backend
Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək
backend
Bu gün Həzi Aslanovun anım günüdür
backend
Azərbaycanlı atıcıdan tarixi qələbə - Son 20 ildə ilk dəfə
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 135

XƏBƏR LENTİ

Azərbaycanda çoxuşaqlı ailə meyarı dəyişə bilər: 3 uşaqlı ailələr də bu kateqoriyaya daxil ediləcək? [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:4713 Eyl
Xalq artisti Ofeliya Sənani yıxılaraq xəsarət alıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:4213 Eyl
Mingəçevirdə çoxmərtəbəli binada yanğın baş verdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:4013 Eyl
Si Cinpin: “Kim güclüdürsə, o da haqlıdır” məntiqi rədd edilməlidir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:2513 Eyl
Türkiyədə mikroavtobus yük maşını ilə toqquşdu: 21 nəfər yaralandı – FOTO [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:2313 Eyl
İsmayıllıda avtomobil yandı: ölən və yaralananın adı məlum oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:3513 Eyl
Səudiyyə aviasiyası Yəmənə 129 zərbə endirib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:3113 Eyl
Rəşid Məmmədəliyev Macarıstan Böyük Dəbilqəsinin qalibi oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2813 Eyl
Yaponiyada atletika çempionatında kütləvi qida zəhərlənməsi: 28 nəfər xəstəxanaya yerləşdirildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:1713 Eyl
Ağstafada həyat yoldaşını boğaraq öldürməyə cəhd edən şəxsin hökmü açıqlandı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:0913 Eyl
Ayı hücumundan xilas etmək istəyərkən oğlunu güllələdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:0712 Eyl
Bakıda qaydaları davamlı pozan motosiklet sürücüsü həbs edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:0112 Eyl
“Qalatasaray”da böyük dəyişiklik: 3 ulduz futbolçu göndərilə bilər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:5712 Eyl
Qayıq çevrildi, iki qohumu öldü: 15 yaşlı yeniyetmə 3 gün dənizdə qaldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:3512 Eyl
Azərbaycanda nadir tibbi hadisə: Döl qaraciyərdə inkişaf edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:3212 Eyl
Bakıda “Mercedes”in vurduğu piyada xəstəxanada öldü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2512 Eyl
Krımda 45 yaşlı azərbaycanlı dron hücumunda həlak oldu - FOTO [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0312 Eyl
Şuşada Meksika ənənəsi: Hikmət Hacıyev yeni diplomatik təşəbbüsdən danışdı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0912 Eyl
Prezident 2027–2029-cu illər üzrə Milli Fəaliyyət Planını təsdiqlədi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0012 Eyl
Şəkidə çaqqal hücumu: Dörd nəfər xəsarət alıb – FOTO [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5412 Eyl
Hikmət Hacıyev: Azərbaycan davamlı sülh üçün səylərini davam etdirəcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5211 Eyl
Hacıqabul sakini elektrik cərəyanından ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4911 Eyl
Pakistanın Baş naziri oktyabrda Azərbaycana səfər edəcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4311 Eyl
Kənd təsərrüfatı nazirinə yeni müşavir təyin olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:3811 Eyl
Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:3411 Eyl
Ağdərədə mina partlayıb: 21 yaşlı gənc xəsarət alıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1111 Eyl
İmişlidə 31 yaşlı şəxslə azyaşlı qızın toy mərasiminin qarşısı alındı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0111 Eyl
Azərbaycanlı bacı-qardaş Rusiyada dəhşətli qəzada həlak oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5511 Eyl
“Milliön” terminallarının sayı 6500-ə çatdı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5111 Eyl
71 yaşlı qadın əməliyyatdan sonra şikayətləndi: “Bir ayağımın əvəzinə digərini əməliyyat ediblər” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4311 Eyl
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:2210 Eyl
Prezident Qaradağda yeni müəssisənin açılışında iştirak etdi – 240 nəfər işlə təmin olunacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:1710 Eyl
Gəncədə yeniyetməni bıçaqlayan şəxs saxlanıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:1010 Eyl
Türkiyə yeni beynəlxalq müsabiqə elan etdi – Mesaj Bakıda verildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:0610 Eyl
Xocalıda mina partlayışı: Əməkdaşın ayağı amputasiya olunub – Əməliyyat olunur [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:0110 Eyl
SƏNƏTƏ VƏ TƏHSİLƏ HƏSR OLUNAN FƏALİYYƏT – RÜSTƏMOVA SAMİRƏNİN RƏHBƏRLİK PORTRETİ [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2210 Eyl
Gürzələr evlərə doluşub: Sakinlər kənddən köçməyə məcbur qalır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2010 Eyl
Zelenskinin təyyarəsi az qala dronun hədəfinə çevriləcəkdi – Norveç Baş naziri açıqladı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1310 Eyl
Bakının iki rayonunda qaz təchizatı dayandırılacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:3010 Eyl
“Bakubus”un ikinci deposu mühüm əhəmiyyətli obyektlər siyahısından çıxarıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2710 Eyl
Azərbaycanın Xalq artisti vəfat etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:369 Eyl
Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında yeni görüş keçirilə bilər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:329 Eyl
Leyla Əliyevanın ideya müəllifi olduğu “Ana təbiət” sərgisi Madriddə açıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:289 Eyl
“Baku Medical Plaza”ya kök hüceyrə transplantasiyası səlahiyyəti verildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:129 Eyl
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə