
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də Bakı Ekspo Mərkəzində keçirilən Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi – Caspian Oil and Gas, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi – Caspian Power və Baku Energy Forumun rəsmi açılış mərasimində iştirak edib.
Qanuntv.az xəbər verir ki, dövlət başçısı tədbirdə çıxış edərək Azərbaycanın enerji sektorundakı uğurları, beynəlxalq enerji əməkdaşlığı və ölkənin qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələr barədə fikirlərini bölüşüb.
Qeyd edək ki, Bakı Enerji Həftəsi hər il dünyanın müxtəlif ölkələrindən enerji şirkətlərini, investorları, dövlət rəsmilərini və sahə üzrə ekspertləri bir araya gətirən nüfuzlu beynəlxalq platformalardan biridir.
Tədbir çərçivəsində neft-qaz sənayesi, bərpa olunan enerji mənbələri, enerji keçidi və yeni texnologiyalarla bağlı müzakirələr aparılır. Azərbaycanda enerji sahəsində mövcud imkanların təqdim olunması və yeni əməkdaşlıq perspektivlərinin müzakirəsi də forumun əsas istiqamətləri sırasındadır.






